DÜNYA ÖZ XƏBƏR

"Qalatasaray"ın baş məşqçisi ilə Reynmenin dialoqu gündəm oldu (VİDEO)

Məşhur müğənni Reynmen "Qalatasaray" formasını eyni təyyarədə birlikdə getdiyi Fatih Terimə imzaladıb.

32gun.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə imza zamanı ikili arasında maraqlı dialoq olub.

Belə ki, ətrafdakıların, "Müəllim imza pulu alsaydı.." deməsindən sonra Terimin Reynmenə üz tutaraq "Dara düşsən, imzamı sat",- deməsi hər kəsin gülüşünə səbəb olub.

Həmin anlar sosial medianın gündəmini zəbt edib.

Aysel Şirinova

Oxşar Xəbərlər