Pakistanın şimalındakı Peşəvər şəhərinə bombalı hücum həyata keçirilib.
32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata əsasən təhlükəsizlik qüvvələrinə məxsus avtomobili hədəf alan hücumda 1 nəfər ölüb, 8-i təhlükəsizlik işçisi olmaqla 11 nəfər yaralanıb.
Polis qrupları partlayışın baş verdiyi ərazini mühasirəyə alıb.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Aysel Şirinova