Kişi sürücü ilə mübahisə edən qadın avtomobili ilə onu bir neçə metr irəli sürüyüb.
32gun.az xəbər verir ki, hadisə Türkiyədə baş verib.
Belə ki, tıxacda hərəkət edən minik avtomobili ilə "Vita" markalı avtomobilin sürücüsü mübahisə etməyə başlayıb.
Mübahisə böyüdükcə tərəflər küçənin ortasında maşınlarından düşərək əlbəyaxa dava ediblər. Daha sonra avtomobilinə geri dönən qadın sürücü mübahisə etdiyi şəxsi sürüməyə başlayıb.
Kişi sürücü onları ayırmaq istəyən kuryerlə mübahisə edib.
Həmin anlar ətrafdakı vətəndaşlar tərəfindən qeydə alınıb.
Aysel Şirinova