Məşhur rejissor Armağan Çağlayan dünən axşam ekranlara gələn "Bambaşka biri" serialının aktyor heyətini tənqid edib.
32gun.az xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib.
“Bütün pulu iki baş rola verəndə, güman edirəm ki, digər aktyorlara və istehsalata verməyə pul qalmayıb”, deyə aktyor paylaşımında bildirib.
Qeyd edək ki, serialda əsas rolları məşhur aktyorlar Hande Erçel və Burak Dəniz canlandırır.
Aysel Şirinova