DÜNYA ÖZ XƏBƏR

Bu ölkədə prezident oğlunu nazir müavini təyin etdi - Etirazlara səbəb oldu

Afrika qitəsinin cənubunda yerləşən Zimbabvedə prezident seçilən Emmerson Mnanqaqva oğlunu maliyyə nazirinin müavini təyin edib.

32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Mnanqaqva, həmçinin qardaşı oğlu Tonqay Mnanqaqvanı turizm nazirinin müavini təyin edib

Ölkənin əsas müxalifət partiyasının parlament üzvü təyinatlara reaksiya verib və Mnanqaqvanı “qohumbazlıq”da ittiham edib.

Müxalifətin tənqidinə səbəb olan təyinatlar ölkə daxilində də reaksiyalara səbəb olub.

Qeyd edək ki, avqust ayında keçirilən seçkilərin nəticəsində qalib gələn Emmersona qarşı seçkilərin saxtalaşdırıldığı və seçkinin beynəlxalq standartlara uyğun keçirilmədiyi iddiaları da edilib.

Aysel Şirinova

Oxşar Xəbərlər