DÜNYA ÖZ XƏBƏR

Avtomobilə silahlı hücum edildi - 6 türk vətəndaşı həyatını itirdi

Yunanistanın Lutsa bölgəsində avtomobilə edilən silahlı hücum nəticəsində 6 türk vətəndaşı ölüb.

32gun.az xəbər verir ki, “Proto Thema” qəzeti öldürülənlərdən birinin daha əvvəl Yunanıstana qeyri-qanuni yollarla girdiyi üçün nəzarətə alındığını, digər 5 nəfərin şəxsiyyətini müəyyənləşdirməyə çalışdıqlarını açıqlayıb.

 Polis əməkdaşları hadisə yerində 25 ədəd 9 millimetrlik güllə aşkar ediblər.

Cinayətin mafia qrupları tərəfindən törədilə biləcəyi ehtimal olunub.

Araşdırmalar aparılır.

Aysel Şirinova

 

 

Oxşar Xəbərlər