İngiltərənin Mançester şəhərindəki bir neçə məktəbə hədələyici elektron məktublar göndərilib.
32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. Məlumata əsasən e-poçtlarda şagirdlərin və təhsil işçilərinin təhdid edildiyi deyilib.
Mançester Polis Departamentinin baş müfəttişi Chris Boyd təhdidlə bağlı hər hansı məktəbin bağlanılmasına qərar verilməsə də məsələyə ciddi yanaşıldığını bildirib.
Hadisə ilə bağlı məktəblərdə təhlükəsizlik tədbirləri gücləndirilib.
Araşdırmalara başlanılıb.
Aysel Şirinova