DÜNYA ÖZ XƏBƏR

Çində müdafiə naziri YOXA ÇIXIB

Çində sabiq xarici işlər nazirindən sonra bu dəfə müdafiə nazirindən xəbər yoxdur.

32gun.az xarici KİV-lərə istinadən xəbər verir ki,  nazir Li Şanfu 15 gündür itkin düşüb. Məlumata əsasən nazir sonuncu dəfə avuqstun 29-da Pekində keçirilən forumda iştirak edib.

Onun həbsdə ola biləcəyi iddia edilir.

Məsələ ilə bağlı Pekin administrasiyasından hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Li Şanfu mart ayında müdafiə naziri təyin edilib.

Aysel Şirinova

 

 

 

Oxşar Xəbərlər