DÜNYA ÖZ XƏBƏR

SON DƏQİQƏ! İstanbulda saxta pul əməliyyatı - 2 milyon 300 dollar ələ keçirildi

İstanbul Polis İdarəsi Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsi və Narkotik Cinayətlərlə Mübarizə Şöbə Müdirliyinin birgə həyata keçirdiyi  saxta pul əməliyyatında 2 milyon 300 min dollar ələ keçirilib.

32gun.az xəbər verir ki, bu barədə  Türkiyə KİV-ləri məlumat yayıb.

Basqın edilən ünvanda aparılan axtarışlar zamanı 100 əskinasda 2 milyon 300 min ABŞ dolları, 68 min 100 və 40 min 50 əskinas, ümumilikdə 108 min avro saxta pul və bir pul sayan aparat ələ keçirilib.

Hadisədə təqsirli bilinən 3 suriya əsilli şəxs dindirilmə prosesindən sonra həbs edilib.

Aysel Şirinova

 

Oxşar Xəbərlər