Hindistanda 78 yaşlı şəxs 1965-ci ildə iki camış və bir dana oğurladığı iddiası ilə saxlanılıb.
32gun.az xəbər verir ki, The Times of India”nın məlumatına görə, 58 il əvvəl Karnataka ştatının Bidar şəhərinin Mehakar kəndindən iki camış və bir dana oğurlanıb.
Hadisəni törədənin Maharaştra ştatının Udagir şəhərindən olan 20 yaşlı Qanapati Vithal Vaqore olduğu müəyyən edilib.
Camışlar və buzovlar qısa müddətdə tapılaraq sahiblərinə qaytarılsa da, şübhəli və ya şübhəliləri yaxalamaq mümkün olmayıb.
58 ildən sonra şübhəli, hazırda 78 yaşında olan Vaqore yerli polisin açılmamış iş layihəsi çərçivəsində saxlanılıb.
Şübhəlinin daha əvvəl tutularaq məhkəməyə aparıldığını, lakin həbs qərarına baxmayaraq qaçdığını bildirən polis, Vaqorun illərdir təaslim olmamaqda təkidli olduğunu bildirib.
Aysel Şirinova