DÜNYA ÖZ XƏBƏR

İranın Parisdəki səfirliyinə edilən hücumla bağlı YENİLİK

İranın Parisdəki səfirliyinə hücumla bağlı aparılan istintaq çərçivəsində İran əsilli Fransa vətəndaşı olan şübhəli şəxs saxlanılıb.

32gun.az xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.

Hücumdan qısa müddət sonra avtomobili ilə hadisə yerindən qaçan şübhəlinin şəxsiyyəti təhlükəsizlik kamerası görüntüləri vasitəsilə müəyyən edilib.

Araşdırmalar nəticəsində sözügedən şübhəli şəxsin Esson əyalətində yaşayan 60 yaşlı Nikolas K.M. olduğu müəyyən edilib.

Sentyabrın 10-da evində axtarış zamanı təhlükəsizlik kamerası görüntülərindəki avtomobil və hadisə günü geyindiyi paltar tapılıb.

Bildirilib ki, dindirilmə zamanı Nikolas K.M əməlini etiraf edib.

Xatırladaq ki, sentyabrın 9-da naməlum şəxs İranın Parisdəki səfirliyinin konsulluq şöbəsinin yerləşdiyi arxa qapını yandırıb. Ertəsi gün İslam Respublikasının diplomatik missiyasının öz işini bərpa etdiyini bildirilib.

Aysel Şirinova

Oxşar Xəbərlər