DÜNYA ÖZ XƏBƏR

Şiddətli fırtına həyatı iflic etdi - 1 nəfər ÖLDÜ

Almaniyanın Reynland-Pfalts əyalətində  şiddətli fırtına və yağış həyatı iflic edib.

32gun.az xarici KİV-lərə istinadən xəbər verir ki, ildırım vurması nəticəsində 1 nəfər ölüb.

Məlumata əsasən fırtına nəticəsində ağaclar aşıb, maşınlara ziyan dəyib. Küçələrdə və binaların zirzəmilərində daşqınlar baş verib.

Dolu yağışı şəhərin bəzi yerlərində təsirli olub. Bildirilib ki, sürücülər yollarda hərəkət etməkdə çətinlik çəkiblər.

Yanğınsöndürmə idarəsindən verilən açıqlamada, fırtına ilə bağlı təxminən 120 çağırışa cavab verildiyi deyilib.

Aysel Şirinova

 

 

 

Oxşar Xəbərlər