DÜNYA ÖZ XƏBƏR

İran - İraq arasında GƏRGİNLİK

İran İnqilabı Keşikçiləri Korpusu ölkənin şimal-qərbindəki İraq sərhədində hərbi əməliyyatlar aparıldığını bildirilib.

32gun.az xəbər verir ki, Tesnim Xəbər Agentliyi İraq Kürd Regional Rəhbərliyinin sərhədinin yerləşdiyi bölgəyə hərbi göndərişin görüntüsünü dərc edib.

Videoda bölgəyə tanklar və uzaqmənzilli artilleriya göndərildiyi məlum olub.

Xəbərdə hərbi texnikanın Bağdad və Tehran arasında İran əleyhinə təşkilatların tərksilah edilməsinin son tarixinə yaxın bir zamanda bu cür addım atılması xüusi vurğulanıb.

Qeyd edək ki, son tarixin 19 sentyabr olduğu bildirilib.

 

Oxşar Xəbərlər