Son illərin ən böyük təbii fəlakətini yaşayan Yunanıstanda seldən xilas edilənlərə kömək edən yunan əsgərinin hərəkəti gündəm zəbt edib.
32gun.az xəbər verir ki, yayılan fotoda yaşlı qadını seldən xilas edən əsgərlərdən birinin palçığın üzərinə uzanaraq qadının onun üzərindən keçməsini təmin edib.
Bir çox sosial şəbəkə istifadəçisi adı açıqlanmayan əsgərin hərəkətini yüksək qiymətləndirib. Yunan mətbuatı əsgərin 32-ci Dəniz Briqadasında xidmət etdiyini açıqlayıb.
Yunan mediasına danışan və hadisə baş verən zaman orada olan digər əsgərlər, “Bu foto hər şeyi izah etmir. Bu şəkil dördüncü yaşlı qadın keçərkən çəkilib. Ondan əvvəl də fəlakət qurbanları onun üzərindən keçdilər" deyiblər.
Qeyd edək ki təbii fəlakət səbəbilə rayonun su altında qaldığı və bəzi yerlərdə 3 metr dərinliyin yarandığı, gediş-gəlişi çətinləşdiyi bildirilib.
Aysel Şirinova
