Bu il Ukraynada keçiriləcək “Miss Ukrayna” gözəllik müsabiqəsində iştirakı nəzərdə tutulan Rusiyapərəst namizədlər kənarlaşdırılıb.
32gun.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə namizədlər açıqlandıqdan sonra internetdə bəzi iştirakçıların Rusiya ilə əlaqəsi olması ilə bağlı şikayətlər yayılıb. Bir çox insanlar sosial şəbəkələrdə ukraynalılarla rusların birgə paylaşımlarını tənqid edib.
İstifadəçilər bunun “vətənpərvərliyə” zidd olduğunu bildiriblər.
Ukraynalı komediya ustası Andrey Luzan bildirib ki, bəzi iştirakçılar Rusiyayönlü fikirdədirlər. Onlardan birinin Rusiya administrasiyasına yaxın adamlarla dostluq etdiyi və əvvəllər Moskvada yaşadığı, digərinin isə rus agentinin qızı olduğu iddia edilib.
Araşdırmalardan sonra müsabiqənin təşkilatçıları 3 namizədin “rusiyapərəst” olduqlarını əsas gətirərək, müsabiqədən kənarlaşdırıblar.
Aysel Şirinova