DÜNYA ÖZ XƏBƏR

Çinə aid 68 hərbi təyyarə və 10 gəmi aşkar edilib

Tayvanın ətrafında Çinin 63 təyyarəsi və 10 gəmi görünüb.

32gun.az xəbər verir ki, bu barədə Tayvanın Müdafiə Nazirliyi “X”də (keçmiş “Twitter”) məlumat yayıb.

Məlumata əsasən dünən axşamdan səhər saatlarına qədər Tayvan boğazında  68 Çin hərbi təyyarəsi və 10 döyüş gəmisi qeydə alınıb.

Onlar Tayvan boğazının median xəttini keçərək adanın hava hücumundan müdafiə sisteminin identifikasiyası zonasına daxil olub.

Qeyd edək ki, aşkar edilən sursatlar 4 ədəd "SU-30" və 12 ədəd "J-10" tipli döyüş təyyarəsi, 16 ədəd "J-16" tipli, 2 ədəd "KJ-500" tipli döyüş təyyarəsi, 2 ədəd "Y-9" tipli hərbi-nəqliyyat təyyarəsi, 3 ədəd "Y-20" tipli yanacaqdoldurma təyyarəsi və "BZK-005" tipli  pilotsuz uçuş aparatı olub.

Aysel Şirinova

 

Oxşar Xəbərlər