DÜNYA ÖZ XƏBƏR

Bu ölkədə güclü yanğın - Xeyli mağaza külə dönüb (VİDEO)

Banqladeşin paytaxtında yerləşən bazarlardan birində gecə saatlarında yanğın baş verib.

32gun.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə bazardakı mağazalarda çoxlu yanar material olduğu üçün alov sürətlə yayılıb.

Yüzlərlə mağazanı külə çevirən alova yanğınsöndürənlər tərəfindən müdaxilə edilib.

Yanğın təxminən 6 saat ərzində nəzarət altına alınıb.

Bölgə yanğınsöndürmə briqadasından verilən açıqlamada hadisənin elektrik naqilində yaranan nasazlıqdan başladığı ehtimal edilib.

Yanğında ölən olmadığı bildirilib.

Aysel Şirinova

 


 

Oxşar Xəbərlər