DÜNYA ÖZ XƏBƏR

FETÖ-nün tələbə üzvünə 15 il həbs verilə BİLƏR

Fətullahçı Terror Təşkilatının (FETÖ) tələbə üzvünə qarşı 15 ilə qədər həbs cəzası tələbi ilə iddia açılıb.

32gun.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə Adana Respublika Prokurorluğu tərəfindən  aparılan istintaq yekunlaşıb.

Cavabdeh şəxsə “Silahlı terror təşkilatına üzv olmaq” ittihamı ilə 7 il 6 aydan 15 ilə qədər həbs cəzası tələb edən iddianamə Adana 11-ci Ağır Cəza Məhkəməsi tərəfindən qəbul edilib.

İddianamədə FETÖ-yə aid evlərdə qaldığı qeyd edilən müttəhimin “bölgə tələbə nümayəndəsi” vəzifəsində çalışdığı bildirilib.

Bildirilib ki, barəsində açılan iddianaməni qəbul etməyən təqsirləndirilən şəxsin məhkəməsi yaxın günlərdə baş tutacaq.

Aysel Şirinova

Oxşar Xəbərlər