DÜNYA ÖZ XƏBƏR

İnternetdən telefon sifariş verdi əvəzinə örtük göndərdilər

İnternetdən mobil telefon sifariş verən vətəndaşa telefon əvəzinə örtük göndərilib.

32gun.az xəbər verir ki, hadisə Türkiyədə baş verib.

Belə ki, zərərçəkmiş şəxs ikinci əl telefonun onlayn olaraq 5 min TL-yə satıldığını görüb və satıcı ilə əlaqə saxlayıb.

Bir neçə gün sonra göndərilən qutuda telefon yerinə qoruyucu örtük oduğunu görən şəxs satıcı ilə əlaqə saxlamağa çalışsa da, bu mümkün olmayıb.

3 uşaq atası olan vətəndaş telefonu övladına hədiyyə etmək istədiyini bildirərək polisə müraciət edib.

Aysel Şirinova

Oxşar Xəbərlər