Ukrayna prezidenti Volodimir Zelenskinin Ağ Evə və ABŞ Konqresinə səfər edəcəyi bildirilib.
32gun.az xəbər verir ki, bu barədə ABŞ rəsmiləri məlumat yayıb.
Məlumata əsasən Zelenskinin səfəri gələn həftə Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasında iştirakından sonra baş tutacaq.
Bildirilib ki, Ukrayna prezidenti gələn həftə cümə axşamı Ağ Evdə ABŞ prezidenti Co Baydenlə görüşəcək.
Qeyd edək ki, Zelenski 2022-ci ilin dekabrında da Vaşinqtona səfər etmişdi.
Aysel Şirinova