Amerikalı milyarder İlon Mask özünü idarə edən Tayvan adasını “Çinin ayrılmaz hissəsi” adlandırıb.
32gun.az xəbər verir ki, Maskın Kaliforniyada keçirilən All-in sammitində onlayn iştirakı zamanı dediyi fikirə Tayvandan reaksiya gecikməyib. Belə ki, Dövlət katibi Cozef Vu Maska məxsus sosial media platforması olan X-də (keçmiş Twitter) məsələ ilə bağlı paylaşım edib.
“Qulaq asın, Tayvan ÇXR-in (Çin Xalq Respublikası) bir hissəsi deyil və o, qətiyyən satılmır!", deyə paylaşımda bildirib.
Xatırladaq ki, bu İlon Maskın Tayvanı qəzəbləndirən ilk çıxışı deyil.
Bənzər hadisə 2022-ci ilin oktyabr ayında da yaşanıb.
Aysel Şirinova