DÜNYA ÖZ XƏBƏR

ABŞ bu ölkəyə XƏBƏRDARLIQ ETDİ

“Biz düşünürük ki, bu səbəbsiz müharibədə Rusiyaya dəstək verən istənilən ölkə Ukraynadakı münaqişəni uzatmaqla yanaşı, günahsız Ukrayna vətəndaşlarını öldürməyə təşviq edir”

32gun.az xəbər verir ki, bu fikirləri Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq Şimali Koreya lideri Kim Çen Inla Rusiya prezidenti Vladimir Putinin görüşü şərh edərkən səsləndirib.

Bu mövzuda daha əvvəl dəfələrlə Şimali Koreyaya xəbərdarlıq etdiklərini xatırladan Sinq, “Şimali Koreyanı Rusiya ilə silah müqaviləsi bağlamaması üçün xəbərdar edirik”,- deyib. 

Aysel Şirinova

Oxşar Xəbərlər