DÜNYA ÖZ XƏBƏR

Fransa bu ölkələrdən müğənni gətirilməsini QADAĞAN ETDİ

Fransa Niger, Mali və Burkina Fasodan olan sənətçilərə veto qoyub.

32gun.az xəbər verir ki, bu barədə "France Inter" radiosu məlumat yayıb.

Məlumata əsasən Fransa Xarici İşlər Nazirliyi mədəniyyət ictimaiyyətindən Niger, Mali və Burkina Fasodan yeni sənətçiləri dəvət etməməyi xahiş edib.

Mədəniyyət İşləri Regional Müdirlikləri Xarici İşlər Nazirliyinin bu tələbini ictimai mədəniyyət qurumlarına məktub göndərərək çatdırıb.

Məktubda, Xarici İşlər Nazirliyinin göstərişi ilə Niger, Mali və Burkina Faso ilə bütün əməkdaşlığın növbəti xəbərdarlığa qədər dayandırıldığı və bu ölkələrin vətəndaşlarının dəvət edilməməsi lazım olduğu bildirilib.

Digər tərəfdən, Paris Bələdiyyə Başçısı Anne Hidalgo X sosial media platformasında verdiyi açıqlamada Paris Bələdiyyəsinin sözügedən ölkə sənətçiləri ilə əməkdaşlığını dayandırmadığını açıqlayıb.

Aysel Şirinova

 

Oxşar Xəbərlər