DÜNYA ÖZ XƏBƏR

Turist heykəli sındırdı - 19 min təzminat tələb edildi

İrlandiyalı turist birjanın qarşısındakı yaxınlarda bərpa edilmiş heykəlin üzərinə çıxaraq qolunu sındırıb.

32gun.az xəbər verir ki, hadisə Brüsseldə baş verib. Məlumata əsasən 1 gün əvvəl bərpası tamamlanan heykəlin yenilənməsi 150 milyon dollara başa gəlib.

Hadisədən sonra sözügedən turist  yaxınlıqdakı restoranda polis tərəfindən tutularaq həbs edilib. 

Brüssel Birjasının turistdən zərər üçün 19 min dollar təzminat tələb edəcəyi deyilib.

Heykəlin mədəni irsin bir parçası olduğunu vurğulayan rəsmilər təmirin bir neçə həftə və ya aylar çəkə biləcəyini bildiriblər.

Aysel Şirinova

 

 

 

Oxşar Xəbərlər