DÜNYA ÖZ XƏBƏR

Məşhur jurnalda Türkiyə ilə bağlı ağlasığmaz XƏTA (FOTO)

İngiltərədə çıxan məşhur "Time Out" jurnalının Körfəz ölkələrində satılan sayında Türkiyənin Yaxın Şərq ölkələri arasında yer aldığı və dilinin ərəbcə olduğu qeyd edilib.

32gun.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Məlumata əsasən Omanda yaşayan Türkiyə vətəndaşı ev üçün ərzaq alış-verişi edərkən aldığı jurnalı oxuduqda şoka düşüb. Daha sonra  jurnaldakı Türkiyə ilə bağlı ciddi səhvlər barədə məlumatı rəsmilərə bəyan edib.

Jurnal rəhbərliyi xəta üçün vətəndaşdan üzr istəyərək sonrakı saylarda bu səhvə yol verilməyəcəyini bildirib.

Aysel Şirinova

Oxşar Xəbərlər