DÜNYA ÖZ XƏBƏR

Bu ölkədə silahlı insident: 4 əsgər ÖLDÜ

Kolumbiyada əməliyyat keçirən əsgərlərə silahlı hücum nəticəsində 4 nəfər həyatını itirib.

32gun.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən açıqlama verilib.

Bildirilib ki, təhlükəsizlik qüvvələri Narino inzibati rayonunun Cumbitara şəhərinin kənd ərazisində qanunsuz silahlı birləşmələrə qarşı əməliyyat keçirib.

Açıqlamada qarşıdurmada 4 əsgərin öldüyü, bölgəyə əlavə qüvvələrin göndərildiyi və əməliyyatın davam etdiyi deyilib.

Kolumbiya mətbuatının məlumatına görə, hücumu tərksilah etməyən keçmiş Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələrinin (FARC) çətir təşkilatı Estado Mayor Central (EMC) həyata keçirib.

Aysel Şirinova

Oxşar Xəbərlər