ABŞ hərbi rəsmiləri Cənubi Karolinada pilotun özünü havaya atmasından sonra izini itirdikləri döyüş təyyarəsini tapmaq üçün ictimaiyyətdən kömək istəyib.
32gun.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə dəniz pilotu bazar günü günortadan sonra uçduğu F-35B Lightning II təyyarəsində problem yaşandıqdan sonra özünü təyyarədən atıb. Bildirilib ki, o paraşütlə Şimali Çarlstona enib və vəziyyəti stabil olaraq yerli xəstəxanaya aparılıb.
Yerli konqresmen Nensi Meys, “F-35-i necə itirirsiniz? "Necə olur ki, heç bir izləmə cihazı yoxdur və biz ictimaiyyətdən onu tapmağı xahiş edirik",- deyib.
Hərbi rəsmilərin bildirdiyinə görə, itkin düşən təyyarənin axtarışları hazırda Şimali Çarlstonun şimalındakı iki göldə cəmlənib.
Aysel Şirinova