DÜNYA ÖZ XƏBƏR

Terrorçulara qarşı geniş əməliyyat - SAXLANILANLAR VAR

Ankara mərkəzli 4 vilayətdə FETÖ-nün gizli hərbi strukturuna qarşı keçirilən əməliyyatda 8 nəfər tutulub.

32gun.az-ın Türkiyə KİV-lərinə istinadən məlumatına görə Ankara Polis İdarəsi Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Şöbəsi qrupları tərəfindən əməliyyat keçirilib.

Əməliyyat zamanı, aralarında Dəniz Qüvvələri Komandanlığı, Sahil Mühafizəsi Komandanlığı personalı və hərbi tələbələrin də olduğu 10 şübhəlinin əməliyyat taksofonlarından və ya gizli şəxslərin istifadə etdiyi hesab edilən sabit telefonlardan çağırıldığı müəyyən edilib.

Beləliklə, haqqında həbs qərarı çıxarılan 10 şübhəlidən 8-i yaxalanıb.

Qaçaq şübhəlilərin tutulması üçün işlərin davam etdiyi bildirilib.

Aysel Şirinova

Oxşar Xəbərlər