Cənubi Koreya yeraltı bunkerlərdə gizlənən düşmənləri hədəf alan raketlərin daha təkmil versiyasını hazırlamaq üçün 218 milyon dollar sərmayə qoymaq qərarına gəlib.
32gun.az xəbər verir ki, bu barədə "Yonhap" məlumat yayıb.
Məlumata əsasən Cənubi Koreyanın Müdafiə Tədarük Proqramı Agentliyi yeni investisiya elan edib.
Açıqlamada, sözügedən sərmayənin Cənubi Koreyanın özünü inkişaf etdirdiyi və “yeraltı sığınacaqları hədəf alan raketlər” kimi tanınan “Koreya Taktiki Yer-Yer Raketi”nin ikinci versiyasının hazırlanması üçün istifadə ediləcəyi bildirilib.
DAPA rəsmisi də Cənubi Koreya mətbuatına verdiyi açıqlamada bu raketlərin Şimali Koreyanın yerin altında gizlətdiyi silahları hədəf alacağını qeyd edib.
Sözügedən layihənin 2027-ci ilin sonuna qədər davam edəcəyi qeyd olunub.
Aysel Şirinova