Almaniyanın paytaxtı Berlində etirazçıların tarixi Brandenburq qapısına əllərində boyalarla hücum etməsi nəticəsində 14 nəfər saxlanılıb.
32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata əsasən fəallar tarixi qapının sütunlarını narıncı və sarı rəngə sprey boya ilə boyayıblar.
Onlar 2030-cu ilə qədər qalıq yanacaq istifadəsinin dayandırılması tələblərini ifadə ediblər.
Həmin anlar belə lentə alınıb.
Aysel Şirinova