Türkiyənin Arnavutköy ərazisində meşə yanğını başlayıb.
32gun.az xəbər verir ki, hadisə yerinə xeyli sayda yanğınsöndürmə briqadası göndərilib.
Bildirilib ki, söndürmə işlərində 8 çiləyici, 2 su tankeri, 2 helikopter və 1 iş maşını və 75 canlı qüvvə iştirak edir.
Yanğının başvermə səbəbi hələlik məlum deyil.
Aysel Şirinova