Avropa İttifaqı (Aİ) ABŞ-ın Intel şirkətini çip bazarında rəqabət qaydalarını pozduğuna görə 376 milyon 360 min avro cərimələyib.
32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata əsasən Intel-in Aİ-nin antiinhisar qaydalarını pozaraq öz rəqiblərini müvafiq bazardan kənarlaşdırmağa yönəlmiş praktikalarla məşğul olduğu bildirilib.
Xatırladaq ki, 2009-cu ildə Aİ Komissiyası ABŞ-ın Intel şirkətini kompüter istehsalçılarına endirimlər tətbiq edərək bazarda rəqabətə zidd davranışlar nümayiş etdirdiyi üçün 1,06 milyard avro cərimələyib.
Intel isə bu cəzaya qarşı hüquqi mübarizəyə başlatmışdı.
Qeyd edək ki, Aİ Komissiyası səlahiyyətində olduğu şirkətlərin sektorlarında rəqabətə zidd vəziyyətin olub-olmamasını yoxlamaq səlahiyyətinə malikdir. Komissiya araşdırma zamanı rəqabət və ya antiinhisar qanunlarını pozan vəziyyət aşkar edərsə, buna son qoyur və şirkətlərə yüksək cərimələr tətbiq edir.
Aysel Şirinova