Giresun şəhərində inanılmaz hadisə baş verib.
32gun.az Türkiyə KİV-nə itsinadən bildirir ki, bu il üçüncü dəfə keçirilən Osmanlı-Rusiya müharibəsində 2-ci Qafqaz Korpusunun əsgərlərinin şəhid olduğu Gümüşhane sərhədində cəbhələrə “Şəhidlərə vəfa” adlı yürüş təşkil edilib.
Yürüş Gümüşhane sərhəddində 2-ci Qafqaz Korpusunun əsgərlərinin yerləşdiyi cəbhələrə Alucra İlçe Qubernatorluğu, Alucra Gənclik İdman bölgə Müdirliyi və qeyri-hökumət təşkilatlarının rəhbərliyi ilə baş tutub.
Qrupdan ayrı olaraq fərqli marşrutla zirvəyə çıxan bir qrup gənc ayı ilə qarşılaşıb.
Ayı Tarık Akın adlı gəncə hücum edərək sağ ayağını dişləyib. Ayağından dişlənən gənc ayı hücumundan xilas olmaq üçün özünü qayalardan atıb və yaralanıb.
Hadisə yerinə çağırılan təcili tibbi yardım maşını ilə yaralı gəncə tibbi yardım göstərilib. Yaralı gənc əvvəlcə Alucra Dövlət Xəstəxanasına, daha sonra isə Şebinkarahisar Dövlət Xəstəxanasına aparılıb.
Ayxan
