DÜNYA ÖZ XƏBƏR

Gecə saatlarında qəribə olay: Onlara xəbərdarlıq edən polisə qaynar su atdılar - Yaralılar var

Kilis şəhərində qəribə hadisə baş verib.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, Söğütlüdere istirahət zonasında avtomobildən yüksək səslə musiqi səslərinin gəldiyi və ətrafda narahatverici vəziyyət yarandığı ilə bağlı polisə məlumat verilib.

Bundan sonra əraziyə polislır sövq edilib. Bölgəyə gələn polis əməkdaşları, şübhəlilər M.H.K və İ.Y.-ni xəbərdarllq edib. Bu vaxt şübhəlilərin polislərin üzərinə qaynar su atması nəticəsində 2-si polis olmaqla 4 nəfər yaralanıb.

Bədənlərinin müxtəlif yerlərindən yaralanan 2  polis əməkdaşı və İ.H.K və H.K, Təcili yardımla Dövlət Xəstəxanasına aparılıb. Polislər şübhəlilər M.H.K və İ.Y.-ni tutaraq bölməyə aparıb.

Ayxan 

Oxşar Xəbərlər