Evakuatorun daşıdığı 30 milyon dollarlıq helikopter körpünün altına ilişib.
32gun.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə hadisəyə səbəb sürücünün diqqətsizliyi olub. Hadisə ilə bağlı nəqliyyatın hərəkəti dayandırılıb.
Əraziyə cəlb olunan xilasetmə qrupları Bir neçə saat sonra helikopteri körpünün altından çıxartmağa müvəffəq olublar.
Helikopterin hündürlüyünün 15,5 metr olduğu bildirilib.
Evakuator sürücüsü cərimələnib.
Aysel Şirinova

