DÜNYA ÖZ XƏBƏR

Məhəllə sakinlərini qorxuya salan hadisə: Avtomobillə gəlib, küçəyə xalçaya bükülmüş meyit atdılar - VİDEO

İstanbulda dəhşətli hadisə baş verib.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, yaşlı qadın avtomobildən enən bir adamın yola bükülmüş xalça atıb sürətlə hadisə yerindən uzaqlaşdığını görüb. 

Ətrafdakı evlərdə yaşayan vətəndaşlardan biri olan qadın dərhal polisə məlumat verib .Hadisə yerinə gələn araşdırma qrupları, cəsədin sarıldığı xalçanı araşdırıb. Polis əməkdaları meyiti yolun ortasından çıxararaq müayinə üçün məhkəmə tibb meyitxanasına aparıblar. Yolun ortasında qalan xalçaya bükülmüş meyitin bir kişiyə məxsus olduğu müəyyən edilib. 

Məlumata görə, nömrəsi naməlum nəqliyyat vasitəsi küçəyə gələrək xalçaya bükülmüş kişi meyitini yolun ortasına ataraq hadisə yerindən qaçıb. 

Həmçinin küçənin giriş-çıxışını bağlayıb. Mumiya kimi bükülmüş həmin cəsəd məhəllə sakinlərini qorxuya salıb.

Hadisənin şahidi olan məhəllə sakini qadın  dindirilmək üçün polis bölməsinə aparılıb. Polis olayla bağlı araşdırmalara başlayıb. 

Ayxan

 

AW037857_02

AW037857_04

 

Oxşar Xəbərlər