Liviyanın şərqində daşqınlar səbəbiylə evlərini tərk edən 43 min insan arasında ən az 17 min uşağın olduğu açıqlanıb.
32gun.az xəbər verir ki, bu barədə məlumatı BMT-nin Uşaq Fondu (UNİCEF) yayıb.
UNICEF həmçinin uşaqların su səbəbilə yaxud psixi sağlamlıqla əlaqəli xəstəliklərə məruz qaldığını bildirib.
Qeyd edək ki, ölkədə baş verən təbii fəlakət səbəbilə 4 mindən çox insan ölüb, itkin düşən 8 min 500-dən çox insanın axtarışları isə davam etdirilir.
Aysel Şirinova