DÜNYA ÖZ XƏBƏR

Ölümə tərk edilən 121 mühacir SAXLANILDI

Çanaqqalanın Ezine və Ayvacık rayonları sahillərində həyata keçirilən əməliyyatlarda 121 qeyri-qanuni immiqrant yaxalanıb. 

32gun.az xəbər verir ki, bu barədə Sahil Mühafizə qrupları məlumat yayıb.

Məlumata əsasən yalnız Ayvacık ərazisində Yunanıstan Sahil Mühafizəsi qrupları tərəfindən yenidən Türkiyə ərazi sularına çıxarılan və ölümə tərk edilən rezin qayıqdakı  40 əfqanlı qeyri-qanuni immiqrant xilas edib.

Bildirilib ki, mühacirlər lazımi prosedurlardan sonra Əcnəbilərin Repatriasiya Mərkəzinə təhvil verilib.

Aysel Şirinova

 

Oxşar Xəbərlər