DÜNYA ÖZ XƏBƏR

Bu ölkədə silahlı qarşıdurma - ÖLƏNLƏR VAR

Kosovanın şimalında silahlı serb qruplaşması ilə polis arasında dünəndən bəri davam edən qarşıdurma nəticəsində 5 nəfər həyatını itirib.

32gun.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə qarşıdurmada 4 terrorist zərərsizləşdirilib, 6-sı saxlanılıb.

Kosovo polisi tərəfindən bölgədəki bir çox evə basqın zamanı çoxlu sayda silah və sursat ələ keçirilib.

Hücumu həyata keçirən şəxslər barədə axtarışların davam etdirildiyi bildirilib.

Aysel Şirinova

 

 

 

Oxşar Xəbərlər