DÜNYA ÖZ XƏBƏR

Rusiyalı feminist qadın Türkiyədə ÖLÜ TAPILDI

Rusiyalı feminist və müharibə əleyhdarı fəal Anastasiya Yemelyanova Türkiyədə ölü tapılıb.

32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata əsasən Rusiyalı feministin suriya əsilli nişanlısı ilə birgə Ərzurum şəhərində yaşadığı bildirilib.

Anastasiyanın nişanlısı qətli törətməkdə şübhəli bilinərək polis bölməsinə aparılıb.

Qeyd edək ki, öldürülən fəal YouTube kanalında "Feministki Poyasnyayut" ("Feministlər izah edir") verilişinə aparıcılıq edirdi.

Bildirilib ki, hazırda Rusiya diplomatları və Türkiyə rəsmiləri Yemelyanovanın cəsədinin ölkəsinə təhvil verilməsi üzərində işləyirlər.

Aysel Şirinova

Oxşar Xəbərlər