ABŞ-da keçirilən sorğu Co Baydenin 2024-cü ildə keçiriləcək prezident seçkilərində keçmiş prezident Donald Trampdan 9 bal geri qaldığını göstərib.
32gun.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə sorğuda iştirakçıların 51 faizi Trampı dəstəkləyib, Bayden isə 42 faiz dəstək alıb.
Sorğuda iştirak edənlərin bir qismi Bayden administrasiyası dövründə maliyyə vəziyyətinin daha da pisləşdiyini vurğulayıb.
Bildirilib ki, sözügedən sorğuda Baydenin iqtisadi və immiqrasiya siyasətlərinə ictimai dəstək də az olub.
Aysel Şirinova