İraqda təlim uçuşu həyata keçirən hərbi helikopterin qəzaya uğraması nəticəsində iki pilot yaralanıb.
32gun.az xəbər verir ki, bu barədə İraq Müdafiə Nazirliyindən məlumat verilib. Məlumatda İraq Hərbi Hava Qüvvələrinə aid hərbi helikopterin ölkənin cənubundakı Əl-Kut Hərbi Hava Bazasında qəzaya uğradığı qeyd edilib.
Helikopterin təlim uçuşu zamanı yaranan texniki nasazlıq səbəbindən qəzaya uğradığı deyilib.
Qəza ilə bağlı araşdırma aparıldığı bildirilib.
Aysel Şirinova