İranın Lorestan əyalətinin Xürrəmabad şəhərində güclü silkələnmə ilə yanaşı partlayış səsi eşidilib.
32gun.az xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.
Bildirilib ki, Tehran Universitetinin Geofizika İnstitutu bölgədə heç bir zəlzələ qeydə almayıb.
Tesnim Xəbər Agentliyi şəhərdəki bəzi vətəndaşların şiddətli sarsıntı və səs-küy səbəbiylə küçələrə axın etdiyini açıqlayıb.
İran rəsmisi məsələ ilə bağlı araşdırmaların davam etdiyini və ictimaiyyətə məlumat verəcəklərini bildirib.
Qeyd edək ki, Xürrəmabad şəhərində İnqilab Keşikçiləri Ordusuna məxsus raket bazası yerləşir.
Aysel Şirinova