DÜNYA ÖZ XƏBƏR

BMT Fransanı qınadı

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarlığının sözçüsü Marta Hurtado, Fransanın idmançılara hicab qadağası qoymasının düzgün olmadığını bildirib.

32gun.az xəbər verir ki, Ali Komissarlığın sözçüsü BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransında çıxış edib.

Fransadakı hicab qadağası ilə bağlı jurnalistlərin suallarını cavablandıran Hurtado, "Bir qrupa qarşı ayrı-seçkilik tətbiq edilməsi zərərli nəticələrə səbəb ola bilər. Beynəlxalq insan hüquqları standartlarına əsasən, dinin və ya seçim azadlığının məhdudlaşdırılması yalnız təhlükəsizlik və ictimai asayişlə bağlı qanuni narahatlıqları aradan qaldırmaq şəraiti yaranarsa, xüsusi hallarda məqbuldur"- deyib. 

Insan haqları ofisi ümumilikdə, heç kəsin qadına nə geyinib geyinməməli olduğunu qadağa qoymasının qəbuledilməz olduğunu bildirib.

Qeyd edək ki, Fransanın idman naziri Amelie Oudea-Kastera 26 iyul - 11 avqust 2024-cü il tarixləri arasında paytaxt Parisdə keçiriləcək Olimpiya Oyunlarına qatılan Fransa komandalarında idmançıların hicab taxa bilməyəcəklərini açıqlayıb.

Aysel Şirinova

Oxşar Xəbərlər