Keniya 2027-ci ildə atom elektrik stansiyasının tikintisinə başlayacaq.
32gun.az xəbər verir, ki bu barədə "Business Daily" məlumat yayıb.
Məlumata əsasən Keniya Nüvə Enerjisi və Enerji Agentliyinin sədri Justus Vabuyabo ölkədə nüvə enerjisi obyektinin yaradılması üçün hazırlıqların sürətləndirildiyini açıqlayıb.
Obyektin tikintisinə 2027-ci ildə başlamağı planlaşdırdıqlarını ifadə edən Wabuyabo, layihənin tamamlanmasının təxminən 6-10 il çəkəcəyini bildirib.
Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyi Keniyaya 2021-ci ildə nüvə obyekti üçün infrastruktur işlərinə başlamaq üçün icazə verib.
Aysel Şirinova