DÜNYA ÖZ XƏBƏR

Hava şəraiti ilə bağlı küçələrə çıxmamaq tövsiyə edildi - Bu ölkədə

Yunanıstanda əlverişsiz hava şəraiti səbəbiylə bir çox bölgədə vətəndaşlara lazım olmadıqca çölə çıxmamaları barədə xəbərdarlıq edilib.

32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata əsasən bəzi bölgələrdə yaşayan vətəndaşlara hava şəraiti ilə bağlı məlumat xarakterli mesajlar göndərilib.

Mütəxəssislər bu həftə "Elias" adlandırılan pis hava cərəyanı ilə əlaqədar ölkə daxilində güclü yağış və tez-tez ildırım olacağını bildiriblər.

Qeyd edək ki, sentyabrın əvvəlində yağan leysan yağışlar nəticəsində 750 min dekardan çox ərazinin su altında qaldığı daşqınların yaşandığı Tesaliya bölgəsi də təhlükəli ərazilər sırasındadır.

Aysel Şirinova

 

 

 

Oxşar Xəbərlər