Türkiyənin məşhur müğənnisi Demet Akalın sosial media hesabında real körpəyə bənzər oyuncaq kuklası ilə etdiyi paylaşımla gündəm yaradıb.
32gun.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb. Məlumata əsasən müğənni Burcu adlı oyuncağı ilə əyləndiyi anları instagram hekayə bölməsində izləyiciləri ilə paylaşıb.
Demetin paylaşımında "10 kağız! Hədiyyə deyil" sözlərini yazması izləyicilərin diqqətindən qaçmayıb.
Onun bu addımı izləyiciləri tərəfindən müxtəlif fikirlərlə qarşılanıb.
Bəziləri müğənninin psixologiyasında problem olduğunu deyib.
Aysel Şirinova
