DÜNYA ÖZ XƏBƏR

İmran Xanla bağlı məhkəmə daha bir qərar verdi

Pakistanın sabiq baş naziri İmran Xan məhkəmənin qərarı ilə saxlanıldığı Attok həbsxanasından paytaxt İslamabad yaxınlığındakı Adiala həbsxanasına köçürülüb.

32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bildirilib ki, Xan Attock Həbsxanasından Ravalpindidəki Adiala Həbsxanasına gülləkeçirməz maşında, güclü təhlükəsizliklə aparılıb.

Digər tərəfdən, məhkəmə Xan və keçmiş xarici işlər naziri Şah Mahmud Qureşinin "dövlət sirrini açmaqda" ittiham olunduğu işə görə həbs müddətini 14 gün, oktyabrın 10-na qədər uzadıb.

Qeyd ed'k ki, Pakistan polisi məhkəmə qərarı ilə korrupsiyada təqsirli bilinən İmran Xanı avqustun 5-də Lahordakı evində həbs edib.

Aysel Şirinova

 

Oxşar Xəbərlər