ABŞ prezidenti Co Baydenin alman çoban iti "Komandir" Ağ Evdə daha bir məxfi xidmət əməkdaşını dişləyib.
32gun.az xəbər verir ki, bu barədə CNN-in məlumat yayıb.
Məlumata əsasən bununla da “Komandir”in hücum etdiyi məxfi əməkdaş sayı 11-ə yüksəlib.
Bildirilib ki, “Komandir”in dişləmə halları zamanı bir neçə nəfər Təcili Tiibi Yardıma müraciət edib. 2022-ci ilin noyabrında bir zabit qollarına və ayaqlarına hücum nəticəsində xəstəxanaya yerləşdirilib.
Ağ Ev rəsmiləri, dişləmə hadisələrindən sonra Bayden ailəsinin it üçün yeni bir təlim üzərində işlədiyini qeyd edib.
Qeyd edək ki, iki yaşlı Alman çoban iti "Komandir" 2021-ci ilin dekabrında qardaşı Ceyms Bayden tərəfindən Baydenə hədiyyə edilib.
Aysel Şirinova