DÜNYA ÖZ XƏBƏR

Tramp edam cəzasını gündəmə gətirdi

ABŞ-ın sabiq prezidenti Donald Tramp bu ayın sonunda təqaüdə çıxacaq ABŞ Baş Qərargah rəisi general Mark Millinin ölüm cəzasına layiq bir iş gördüyünü iddia edib.

32gun.az xəbər verir ki, Tramp sosial media platformasında Millini prezidentliyinin son ayında çinli həmkarı ilə ondan xəbərsiz görüşdüyü üçün tənqid edib.

Mətbuatda yayılan xəbərlərə görə Millinin ondan xəbərsiz işlər gördüyünü və ABŞ prezidentinin fikirlərini Çinə çatdırdığını bildirən Tramp, “Bu, o qədər dəhşətli bir hərəkətdir ki, keçmişdə cəza ölüm olardı”,- deyib.

Sabiq prezident  Çin və ABŞ arasında müharibənin bu xain hərəkətin nəticəsi ola biləcəyini də vurğulayıb.

General Milley isə  2021-ci ilin sentyabrında Senatın Silahlı Qüvvələr Komitəsinə verdiyi ifadəsində qeyd edib ki, o, Çin rəsmilərinə Trampın prezident kimi son həftələrində Çinə hücum etməyi planlaşdırmadığını açıq şəkildə vurğulayıb.

Milley Çin-ABŞ münasibətləri ilə bağlı, "O zaman mənim missiyam gərginliyi azaltmaq idi. Mesajım ardıcıl idi: Sakit olun, sabit qalın və gərginliyi azaldın. Biz sizə hücum etməyəcəyik",-deyə bildirib.

Aysel Şirinova

Oxşar Xəbərlər